Alber Düpontel

Alber Düpontel

Aktyor, rejissor, ssenarist

BİOQRAFİYA

Albert Düpontel 11 yanvar 1964-cü ildə Fransanın Sen-Jerman-an-Le şəhərində həkim ailəsində dünyaya göz açıb. Anası stomotoloq, atası həkimdir.  Uşaqlıqda kəmhövsələ və dəcəl uşaq olub. Dörd yaşında hiperaktivliyinə görə onu bağçadan qovublar. Məktəb illərində Düpontel bu artıq enerjisini məhz idmana yönəltməklə, xasiyyətini yaxşılığa doğru dəyişməyə nail olub. Cüdo və gimnastikada kifayət qədər uğurlar qazanıb. Orta təhsili başa vurduqdan sonra , ata-anası kimi tibb işçisi olmaq ümidilə tibb fakültəsinə daxil olub. Ancaq ixtisas ürəyincə olmayıb və aktyorluğa maraq göstərməyə başlayıb. Ona görə həkim diplomu almamış 1986-cı ildə təhsili yarımçıq buraxaraq, Şayo Dövlət Teatrı nəzdində fəaliyyət göstərən Dram İncəsənət Məktəbinə daxil olub. Karyerasının əvvəlində stend-ap monoloqları ilə populyarlaşıb. Bir müddətdən sonra tanınmış teleaparıcı Patrik Sebastyan onu öz proqramına dəvət edib və beləcə Düpontel Fransanın ən “bərkgedən” yumoristlərindən birinə çevrilib. Hərçənd qəlbində hələdə kino yanğısı ilə yaşayıb. O həm rejissor və ssenaristi olacağı,üstəlik aktyor kimi çəkiləcəyi layihələr hazırlamağa çalışıb. Aktyor kimi məşhurlaşmasına 2002-ci ildə ekranlara çıxan “Labüdlüy” dramı kömək olub. 2004-cü ildə Nikolya Buxrifin “İnkassator” filmi çıxıb. Həmin filmdə nə dostu, nə tanışı, nə də evi olan, özünə qapalı Aleksandr Demarra rolunu oynayıb. Həmin il aktyor həmçinin Jan-Pyer Jönenin “Uzun çəkən nişan” hərbi melodramına çəkilib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D1%8E%D0%BF%D0%BE%D0%BD%D1%82%D0%B5%D0%BB%D1%8C,_%D0%90%D0%BB%D1%8C%D0%B1%D0%B5%D1%80

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç