Ceffri Donovan

Ceffri Donovan

Aktyor

BİOQRAFİYA

Ceffri Donovan 11 may 1968-ci ildə ABŞ-ın Massaçusets ştatında anadan olub. O, doğma Eymsberi şəhərində anası və iki qardaşı ilə birlikdə yaşayıb. Orta məktəbdə oxuduğu illərdə Patrisiya Hoytun şagirdi olub. Donovana dəstək olan müəllimə ona dram dərnəyi yaratmaqda köməklik göstərib, daha sonra isə yay proqramında çıxış etmək üçün təqaüd almasına vasitəçilik edib. Məhz həmin yay proqramı onun aktyor karyerasına təkan verib. Aktyor Bricuouter Dövlət Universitetində ali təhsil aldıqdan sonra Massaçusets universitetinə keçərək, teatr sənəti üzrə bakalavr dərəcəsi əldə edib. Daha sonra Donovan Nyu-York Universiteti nəzdindəki "Tiş" incəsənət məktəbində magistr pilləsində təhsil almaq üçün bir müddət sərnişin avtobusunun sürücüsü kimi işləməli olur. Nyu-York universitetini bitirdikdən sonra “Tərs üzünə” filmindəki rolu ilə debüt edib. “Burn Notice” teleserialında oynadığı keçmiş casus Maykl Vesten rolu ilə məşhurlaşıb. Klint İstvudun “Edqar” (2011) filmində Robert Kennedi obrazını canlandırıb. Filmdəki uğurundan sonra aktyor bir çox serial və kinofilmlərə dəvət edilib. Rol aldığı ən məşhur filmlər sırasına “Dağıdıcı şöbə”, “Bekarçılıq şəhəri”, “Detektiv Monk”, “Qanun və Qayda”, “Qara nişan” kimi filmləri daxil etmək olar.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Jeffrey_Donovan

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç