Hadisələr Meksikada baş verir. Mariya hələ balaca qız olanda iki oğlanla dostluq edir. Onların hər ikisi Mariyanı dəlicəsinə sevir. İş elə gətirir ki, Mariya doğma şəhərini tərk etməli olur. O başqa bir ölkədə boya-başa çatır, ağıllı-kamallı, gözəl bır qız olur. Bir müddətdən sonra doğma şəhərinə geri dönür. Dostları onu səbirsizliklə gözləyir. Qayıdışdan sonra Mariyanın sevgisini qazanmaq üçün onların arasında az qala ölüm-dirim mübarizəsi başlayır. Görəsən hansının hissləri daha səmimidir? Bu sualın cavabı ölülər günündə məlum olacaq....
RƏY BİLDİR