Zoi Saldana

Zoi Saldana

Aktrisa

BİOQRAFİYA
Zoi Saldana 19 iyun 1978-ci ildə Amerika Birləşmiş Ştatlarının Nyu-Cersi ştatında anadan olub. Anası Puerto-Riko, atası Dominikan Respublikasındandır. Uşaq vaxtı ingilis və ispanca öyrənib. 9 yaşında atasını avtomobil qəzasında itirib. Atası vəfat etdikdən sonra, anası hər iki qızı ilə birlikdə Dominikan Respublikasına geri qayıdıb. Dominikan Respublikasında ən yaxşı rəqs məktəblərinə gedərək, balet dərsləri alıb. ABŞ-a geri qayıdaraq liseydə teatr kurslarına yazılır və aktyorluq kursuna gedir. Dərsləri ilə yanaşı 1990-cı ilin ortalarında "Burger King"də kassir kimi işləyir. İlk dəfə 1999-cu ildə "Law & Order" serialına çəkilir. 2000-ci ildə "Center Stage" filminə dəvət alan aktrisa, təhsilini dayandırır. 2002-ci ildə Britni Spirsin "Crossroads" filmində və "Drumline" adlı komediya filmində oynayıb. Daha sonra "Anamaria" adlı qulduru canlandırdığı 2003-cü il istehsalı olan "Pirates of the Caribbean: The Curse of the Black Pearl" filmində rol alıb. Film ilə məşhurluğunu daha da artıran aktrisa, bir çox filmlərdə rol aldıqdan sonra, 2004-cü ildə "The Terminal", 2005-ci ildə isə "Guess Who" filmlərində çəkilib. Juan Luis Guerranın "La llave de mi corazón" adlı mahnısının video klipində oynayıb. "Star Trek" filmində Uhura obrazını canlandırıb. 2009-cu ildə Ceyms Kemeronun Avatar filmində "Neytiri" adlı bir Navi şəhzadəsini canlandırıb. Whoopi Goldberg və Ancelina Colinin heyranı olduğunu bildirən sənətçı, "Maxim" jurnalı tərəfindən keçirilən "Ən Seksi 100 Qadın" sorğusunda 42-ci pillədə yer alıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Zoe_Saldana

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç