Ays Küb

Ays Küb

Aktyor, reper

BİOQRAFİYA

Ays Küb təxəllüsü ilə tanınan Oşi Cekson 15 iyun 1969-cu ildə Los-Anceles şəhərinin Bolduin Hils qəsəbəsində (ABŞ) dünyaya gəlib. Anası xəstəxanada xadimə, atası isə bağban olub. 16 yaşında hip-hopa marağı oyanıb və öz qafiyələrini qoşmağa başlayıb. Qanqsta-rep üslubunun banilərindən biridir. N.W.A. qrupunun keçmiş üzvüdür. Təxəllüsünün tərcüməsi “dördbucaq buz parçası” anlamına gəlir. 1987-ci ildə Doktor Dre ilə birgə "My Posse" adlı sinqlını çıxarıb. Bir müddət sonra o N.W.A. qrupunun tamhüquqlu üzvü olub (Doktor Dre və MC Renlə birgə). 1988-ci ildə çıxan “Straight Outta Compton” albomunda yer alan mahnıların şerlərini yazıb. 1990-cı illərdə qrupun meneceri ilə arasında ixtilaf düşdüyündən qrupdan ayrılıb və solo karyerasına qədəm qoyub. 1998-ci ildə çox gözlənilən "War & Peace Volume 1" adlı albomu işıq üzü görüb. 90-cı illərdə Eminem, Doktor Dre, Snoop Dogg kimi məşhur reperlərlə əməkdaşlıq edib. 2006-cı ildə “Laugh Now, Cry Later” adlı sayca yeddinci solo albomunu buraxıb. Reper fəaliyyəti ilə yanaşı rejissorluq və aktyorluqla da məşğul olur. Ən tanınmış filmləri: “Cümə” (1995), “Küçə uşaqları” (1991), “Növbəti cümə” (2000) və “Birgə gəzinti” (2014) komediyalarıdır. 1992-ci ildən bəri Kimberli Vudrofla evlidir. Dörd övladı var. 90-cı illərdə İslam dinini qəbul edib. Amerikanın İslam Ümməti adlı təşkilatının üzvü olduğu barədə xəbərlər yayılsa da, o bu məlumatları təkzib edib.

 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Ice_Cube

FİLMOQRAFİYA
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç