Dieqo Luna

Dieqo Luna

Aktyor

BİOQRAFİYA

Dieqo Luna 29 dekabr 1979-cu ildə Mexikoda (Meksika) anadan olub. Luna beynəlxalq aləmdə “Sənin də ananı” filmindən sonra tanınıb. Bu filmdə o Qael Qarsiya Bernalla birlikdə rol alıb. Bunun ardınca o, “Frida”, baş rolda Kevin Kostnerin çəkildiyi “Açıq məkan” və Stiven Spilberqin “Terminal” filmlərinə rol alıb. 2004-cü ildə ekranlara “Ehtiraslı rəqs” və “Ehtiraslı rəqs 2” sikveli çıxır. Dieqo burada varlı amerikan qızına aşıq olmuş kasıb ofisiant obrazını canlandırıb. 2010-cu ildə “Abel” filmi ilə rejissor kimi debüt edib. "San-Sebastyan festivalı"nda bu film əsas mükafata layiq görülüb. 2014-cu ildə isə onun ilk ingilis dilli filmi olan “Sesar Çaves” eyniadlı hüquq müdafiəçisi haqqında çəkilən filmin premyerası Berlin kinofestivalında nümayiş olunub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Diego_Luna

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç