Ron Perlman

Ron Perlman

Aktyor

BİOQRAFİYA

Ron Perlman Nyu-Yorkda (ABŞ) yəhudi ailəsində doğulub. Anası Doroti bələdiyyə xidmətində işləyib. Atası isə caz qrupunda təbilçi olub. Ron orta məktəbi Nyu-Yorkda Corc Vaşinqton adına məktəbdə oxuyub. Leman kollecinin incəsənət üzrə bakalavr dərəcəsini alıb. 14 fevral 1981-ci ildə Opal Perlmanla (qızlıq soyadı Stoundur) evlənib. Onların Bleyk Amanda (1984) adlı qızları və Brendon Everi (1990) adlı oğulları var. Perlmanın kinodakı debütü Jan-Jak Annonun “Atəş uğrunda mübarizə” (1981) filmində baş tutub. Kino və teleseriallarda bir neçə epizodik roldan sonra “Gözəl və Bədheybət” serialında baş rol ona nəsib olub. Vinsent adlı bədheybəti oynayıb. Həmin rol ən yaxşı televiziya aktyoru nominasiyasında ona “Qızıl Qlobus” mükafatını qazandırıb. Daha sonra “Qızılgülün adı” (1986), “Xronos” (1993), “Romeo qan ağlayır” (1993), “Heklberi Finnin macəraları” (1993), “Polis Akademiyası 7: Moskva missiyası (1994), “İtirilmiş uşaqlar şəhəri” (1995), “Doktor Moronun adası” (1996), “Yad: Dirçəliş” (1997), “Qapıda duran düşmən” (2001) və “Bleyd 2” (2002) filmlərinə çəkilib. Şöhrəti isə ona 2004-cü ildə Gilyermo Del Toronun “Hellboy” (Cəhənnəm Şeytanı) filmində oynadığı rol gətirib. Prodüserlər həmin rola Vin Dizeli gətirmək istəsələr də, Del Toro Perlmanın seçilməsinə inad göstərib. Film böyük kassa uğuru qazanıb, tənqidçilər tərəfindən yüksək qiymətləndirilib. 2008-ci ildə “Hellboy”un sikvelinə çəkilib. 2008-2013-cü illərdə “Anarxiya övladları” serialında bayker klubunun prezidenti roluna çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Ron_Perlman

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç