Çenninq Teytum

Çenninq Teytum

Aktyor, prodüser

BİOQRAFİYA
Çenninq Teytum 26 aprel 1980-ci ildə Kallmendə (Alabama ştatı, ABŞ) doğulub. Peyc adlı bacısı var. İngilis, isveç, fransız, alman dillərində sərbəst danışır. Ailəsi o altı yaşında olarkən Alabamadan Missisipiyə köçür və Teytum orada böyüyür. Teytum ilk olaraq 2000-ci ildə Riki Martinin "She Bangs" adlı musiqi klipində görünür. Bu iş üçün 400 dollar qazanır. Bir neçə il sonra TV reklamlarında görünməyə başlayır və 2002-ci ildə "Pepsi"nin reklamında çəkildikdən sonra filmlərə dəvət alır. 2006-ci ildə Çenninq film çəkilişlərində tanış olduğu Cenna Duanla görüşməyə başlayıb. 2008-ci ilin sentyabrında Havaidə Cennaya evlənmə təklif edir və 11 iyul 2009-cu ildə isə Malibuda evlənirlər. 2013-cü ildə cütlüyün qızları dünyaya gəlib, amma 2018-ci ildə ayrıldıqlarını elan ediblər.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/%C3%87enninq_Teytum

 

FİLMOQRAFİYA
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç