Hektor Elizondo

Hektor Elizondo

Aktyor

BİOQRAFİYA

Hektor Elizondo 22 dekabr 1936-cı ildə Nyu-Yorkda (ABŞ) anadan olub. Anası puerto-rikolu Karmen Reyes, atası bask Martin Elizondodur. 1950-ci ildə Cunior orta məktəbini bitirib. Daha sonra aktyorluq kollecinə daxil olub. Televiziyada debütünü 1963-cü ildə gerçəkləşdirib. Kinokaryerası ərzində 140-dan çox filmə və seriala çəkilib. Amerikalı rejissor Harri Marşall uğur talismanı kimi onu bütün kinofilmlərinə çəkib. Nə qədər maraqlı olsa da, “Cənnət həzzi” filminin titrlarındə hətta “Həmişə olduğu kimi – Hektor Elizondo” yazılıb. Elizondo eyni zamanda bir neçə cizgi filminin səsləndirilməsində iştirak edib. Üç dəfə evli olub. Birinci nikahdan Rodd adlı oğlu var. 13 aprel 1969-cu ildən Kerolin Kempbellə evlidir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/H%C3%A9ctor_Elizondo

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç