Migel Sandoval
Aktyor
Migel Sandoval 16 noyabr 1951-ci ildə ABŞ-ın paytaxtı Vaşinqtonda anadan olub. Daha çox Hollivud filmlərində ikinci plan antaqonist rolları ilə yadda qalıb. 1975-ci ildən etibarən peşəkar aktyor karyerasına qədəm qoyub. Həmin il Nyu-Mexiko ştatının Albakörke şəhər fantomim məktəbinə daxil olub. Çox keçmədən oranın truppasına daimi heyətin sıralarına qoşulub. Böyük ekranlarda debütü 1980-ci illərə təsadüf edir. “Düzgün et”, “Tropik qızdırma” və “Yur dövrü parkı” kimi yüksək reytinqli filmlərə çəkilib. Ancaq daha çox “Freyzer,” “Təcili Tibbi Yardım”, “Məxfi Materiallar”, “Seynfild” və “Luis və Klark: Supermenin yeni macəraları” kimi seriallarda yaratdığı obrazlarla məşhurlaşıb. “Medium” serialında ilk dəfə olaraq özünü rejissor kürsüsündə sınaqdan keçirib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: