Denni Treho

Denni Treho

Aktyor, prodüser

BİOQRAFİYA

Den (Denni) Treho 16 may 1944-cü ildə ABŞ-ın Los-Anceles şəhərində anadan olub. Meksika əsilli amerikalı aktyor daha çox böyük kinoda canlandırdığı mənfi obrazlarla məşhurlaşıb. Uzaq qohumu olan tanınmış rejissor Robert Rodriqesin “Günbatandan günçıxana qədər”, “Casus uşaqları”, “Maçete” kimi saqaları, həmçinin “Yaquar”, “İnferno” və “Yırtıcılar” filmləri ilə dünya şöhrəti qazanıb. Atası Dan Trexo inşaatçı olub. Yeniyetməlik dövründə Denni əmisi ilə küçədə qarət və cibgirliklə məşğul olub, sonradan heroinə alüdə olur. Azyaşlı cinayətkar olaraq dəfələrlə həbs və mühakimə olunub. Pis vərdişlərdən qurtulmaqda ona boksa olan həvəsi və döyüş bacarıqları kömək edib. Peşəkar idmançı olmağı planlaşdırıb, ancaq uzunmüddətli həbs cəzası onun bu xəyallarını puç edir. Soyğunçuluq və narkotik vasitələrə görə Holmsburq həbsxanasında 12 ilə yaxın cəza çəkir. Həbsxanada olarkən Treho Pensilvaniya ştatının boks üzrə (yüngül və orta çəki kateqoriyasında) çempionu olur. Yazıldığı “12 addım” proqramı hesabına narkotik vasitə aludəçiliyindən qurtula bilir. Denninin dediyinə görə, cinayətkar rollarını təbii şəkildə kinoda oynamaqla, gənclərə bu yolun səhv olduğunu və gec-tez ya ölüm, ya da qazamatla nəticələndiyini aşılamağa çalışır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Denni_Treho

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç