Meksikalı cavan qız Daniela Ramos qardaşı ilə birgə avtomobilqayırma zavodunda işləyirlər. Bir gün iş yerinə gələndə Dani, qardaşının ixtisara düşdüyünü belə ki, rəhbərliyin işçiləri tədricən robotlarla əvəz etməyi planlaşdırdığını öyrənir. Bu əsnada onun atası gözlənilmədən iş yerinə gəlir. Özünü qəribə aparan və hamıdan Danini soruşan ata, birdən-birə silah çıxararaq Daniyə tuşlayır və onu öldürməyə çalışır. Sən demə subyekt onun atasının cildinə girmiş, gələcəkdən gəlmə, REV-9 terminatorudur və missiyası Danielanı zərərsizləşdirməkdir. Çaşqın vəziyyətdə olan atası və qardaşını itirən Ramosun müdafiəsinə eynilə gələcəkdən gəlmiş auqmentasiyalı (təkmilləşmiş) yarı insan, yarı robot Qreys adlı superəsgər gəlir...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar