Tim Miller

Tim Miller

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Timoti “Tim” Miller (ing. Timothy «Tim» Miller) – amerikalı kinorejissor, multiplikator, vizual effektlər tərtibatçısıdır. Ən yaxşı qısametrajlı cizgi filmi nominasiyasında “Oskar” mükafatına namizəd olub. Həmçinin “Sünbülqıran işləri korladı” adlı cizgi filmi üzərində gördüyü işə görə “Oskar” nominasiyası qazanıb. Rejissor debütünü “Dedpul” komiks filmi ilə gerçəkləşdirib. “Əjdaha döyməli qız” və “Tor 2: Zülmət krallığı” filmlərinin açılış qrafikasının müəllifidir. 1995-ci ildə Miller vizual effektlərin hazırlanması, animasiya və dizayn üzrə ixtisaslaşmış “Blur Studio” şirkətini yaradıb. 2005-ci ildə Ceff Foulerlə birlikdə “Sünbülqıran işləri korladı” adlı qısametralı cizgi filmi üzərində gördüyü işə görə ABŞ kinoakademiyasının mükafatına namizəd olub. 8 aprel 2011-ci ildə “20th Century Fox” studiyası ona Marvel komikslərinin sujeti əsasında “Dedpul” fantastik filmini çəkməyi həvalə edib. Bu onun rejissor debütü sayılır, ssenarini Rett Riz və Pol Vernik yazıb. Çəkilişlər 2015-ci ildə başlayıb və dünya premyerası 2016-cı ildə baş tutub. 2019-cu ildə isə Terminator franşizasından olan sayca altıncı filmi – “Terminator: Qara tale” fantastik trillerini lentə alıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B8%D0%BB%D0%BB%D0%B5%D1%80,_%D0%A2%D0%B8%D0%BC

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç