Makkenzi Devis
Aktrisa, prodüser
Makkenzi Devis 1 aprel 1987-ci ildə Vankuer şəhərində (Kanada) anadan olub. Kanadalı aktrisa daha çox “Seks yox, sadəcə dostluq” (2014), “Çətin durum” (2014), “Marslı”, “Ülgüc üzərində qaçan 2049” bədii filmləri, həmçinin “Dayan və yan” (2014-2017) və “Qara güzgü” (2016; “San-Cunipero epizodu) seriallarında oynadığı rolları ilə məşhurdur. Ali təhsilini Monrealın Makgil Universitetində alıb. Nyu-Yorkun “Neighborhood Playhouse” məktəbində kino sənətinə yiyələnib. Məhz həmin məktəbdə rejissor Drey Dorimusla tanış olub və bu tanışlığın nəticəsində onun 2012-ci ildə lentə aldığı “Dərin nəfəs” filmində rol alıb. Bu onun böyük ekranda debütü olub. 2013-cü ildə “Seks yox, sadəcə dostluq” bədii filmində canlandırdığı obrazla “ən yaxşı ikinci dərəcəli aktrisa” nominasiyası üzrə “Cinni” kino mükafatına namizəd olub. 2014-cü ildə Devis AMC telekanalında yayımlanan “Dayan və yan” teleserialına çəkilib. Daha sonra “Marslı” filmində ikinci dərəcəli rolda oynayıb. 2016-cı ildə Devis ən yaxşı serial kimi “Emmi” mükafatına layiq görülmüş məşhur “Qara güzgü” elmi-fantastik serialının “San-Cunipero” epizoduna çəkilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D1%8D%D0%B2%D...