Con Konnor – bəşəriyyətə düşmən kəsilmiş robotlara qarşı mübarizəni davam etdirən hərəkatın lideridir. Qatil robotlara başçılıq edən “Skaynet” sisteminin yeni planlarından xəbər tutduqdan sonra gələcəklə bağlı narahatlıqları artır. Belə ki, “Skaynet” insanlara iki cəbhədən hücum etməyi planlaşdırır: keçmiş və gələcəkdən. Uzun illər davam edən robot-insan müharibəsində kuliminasiya nöqtəsi ola biləcək an gəlib çatıb. Con terminatorun öldürməyə çalışdığı anasını qorumaq üçün ən yaxşı əsgərini keçmişə göndərir. Əsgər bəşəriyyəti gözləyən təhlükələrdən xəbərsiz olan gənc Sara Konnoru axtarıb tapmalıdır...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar