Cay Kortni
Aktyor
Cay Stefan Kortni 15 mart 1986-cı ildə Yeni Cənubi Uelsin (Avstraliya) şimal-qərbində anadan olub. Atası Kris Dövlət Elektrik Enerjisi Şirkətində işləyib, anası isə Karen ibtidai sinif müəlliməsi olub və Cayın da bir vaxtlar oxuduğu məktəbdə işləyib. Özündən böyük bir bacısı var. 2008-ci ildə Qərbi Avstraliya Akademiyasını bitirib. Aktyorun ilk rolu qısametrajlı “Yuxarı sinif şagirdləri” filmi olub. 2008-ci ildə “Bütün müqəddəslər” filmində epizodik rolda çəkilir. Ona məşhurluq gətirən isə “Spartak: Qan və Qum” serialındakı Varro rolu olur. 2012-ci ildə Tom Kruzun da iştirak etdiyi “Cek Riçer” filminə çəkilib. Daha sonra 2013-cü ildə “Ölmək üçün gözəl gündür” filmində Brüs Uillisin canlandırdığı baş qəhrəmanın oğlu rolunu oynayıb. Cay təkcə filmlərə çəkilmir, həmçinin teatr tamaşalarında da rol alır. 2014-cü ildə Cay bir neçə ekran əsərində - “Divergent” filmində Erik, “Mən Frankşteynəm”də Gideon rollarına, eyni vaxtda “Məğlub olmayan” filminə çəkilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/Jai_Courtney