Alan Teylor

Alan Teylor

Kinorejissor

BİOQRAFİYA

Alan Teylor 1965-ci ildə ABŞ-da videooperator Cey Teylor və kurator Mimi Kazotun ailəsində anadan olub. 1990-cı ilin ortalarında “Avaralar şəhəri” filmi ilə kino karyerasına start verir. Film bir neçə kino mükafatına layiq görülür. Uğurlu debütdən sonra “İmperatorun yeni libası” melodramını çəkir. Filmdə Napoleonun son illəri təsvir olunub. Alan Teylor “Böyük şəhərdə seks”, “Qanun və intizam”, “Sağ qalmaq”, “Roma” kimi bir çox seriallara uğurlu imza atır. Teylor həmçinin populyar “Soprano klanı” serialının doqquz seriyasına quruluş verir ki, həmin serial “Ən yaxşı dramatik serial” kateqoriyasında "Emmi" mükafatına layiq görülür. 2011-ci ildən başlayaraq “Taxt-tac oyunları” tarixi-dramatik serialın rejissorlarından biri olur. Teylor həmçinin “Tor. Zülmət dünya” fantastik filminin rejissorudur. Kris Hemsvort və Natali Portmanın çəkildiyi bu filmin premyerası 2013-cü ilin payızında baş tutur və tənqidçilər tərəfindən müsbət rəylər alır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Alan_Taylor_(director)






FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç