Ceyson Klark
Aktyor, prodüser
Ceyson Klark 17 iyul 1969-cu ildə Uinton şəhərində (Kvinslend, Avstraliya) qoyun bərbərinin ailəsində anadan olub. Aktyor karyerası ərzində Avstraliyanın bir çox populyar seriallarında, o cümlədən, “Qatilin harayı”, “Vəhşi tərəf”, “Ev və evdən kənar”, “Bütün müqəddəs şeylər”, “Kainatın hüdudunda”, “Stingerlər” və sair çəkilib. “Qardaşlıq” serialında Tommi Keffi obrazını canlandırıb. “Müqavilə”, “Ölümcül yarış”, “Dovşanlar üçün qəfəs” kimi filmlərdə rol alıb. 2009-cu ildə real hadisələr əsasında lentə alınmış "Conni D." dramında “Qırmızı” Hemilton rolunu oynayıb. 2010-cu ilin aprel ayında “Tarlalar” trillerində çəkilib. 2011-ci ildə FOX telekanalında efirə çıxan “Qanunun hakimiyyəti” teleserialında xəfiyyə Carek Vısotski rolunu oynayıb. 2012-ci ildə ekranlara çıxan, Bin Ladenin zərərsizləşdirilməsi əməliyyatı və ona hazırlıqlardan danışan “Bir nömrəli hədəf” filmində Den rolunu ifa edib. Klark həmçinin “Dünyanın ən əyyaş diyarı” filmində baş rollardan birinə çəkilib. 2013-cü ildə Fitzceraldın “Böyük Qetsbi” romanının ekranizasiyasının müasir remeykində Leonardo DiKaprionun tərəf müqabili olub. 2014-cü ildə “Meymunlar planeti” franşizasının “İnqilab” adlı hissəsində Malkolm rolunu oynayıb. 2015-ci ildə “Terminator” elmi-fantastik saqasının “Genesis” adlı hissəsində Con Konnorun müqavimət hərəkatının başçısı roluna çəkilib. 2015-ci ildə “Everest filmində baş rollardan birini ifa edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/Jason_Clarke