Ceyms Kemeron

Ceyms Kemeron

Rejissor, prodüser, ssenarist, operator, aktyor, rəssam, montajçı

BİOQRAFİYA

Ceyms Frensis Kemeron 16 avqust 1954-cü ildə Kapuskasinqdə (Kanada) anadan olub. "Titanik", "Terminator", "Özgələr" və "Avatar" kimi mükafat qazanan Hollivud filmləri var. Səkkiz ən populyar əsəri prokatdan 5,5 milyard dollar qazanıb. Qeyd edək ki, "Titanik" filmi 11 "Oskar" alıb. Bu filmin ssenarisi, prodüser və rejissurası Kemerona məxsusdur. Onun 3D "Avatar" filmi isə ekranlara çıxdığının (17 dekabr 2009-cu il) altıncı həftəsində "Titanik"in rekordunu qırır. Bunlardan əlavə, Kemeron dünya şöhrətli "Terminator" və "Terminator 2: Axirət günü" filmlərini də çəkib. Kinematoqrafiyadan əlavə, o, sualtı tədqiqat və ekoloji layihələrdə iştirak edir. Kemeron beş dəfə evli olub. Birinci həyat yoldaşı Şeron Uilyams ofisiant idi, Ceyms onunla 1978-ci ildən 1984-cü ilə qədər yaşayır. Sonralar sırf karyerası ilə məşğul olduğuna görə şəxsi həyatı ikinci plana keçir və o, evlilik həyatına son qoyur. İkinci arvadı (1985-1989) prodüser Heyl Enn Hörd olur. “Terminator” filminin maliyyələşdirilməsi üçün çoxsaylı imtinalardan sonra Ceyms ssenarisini Heylə bir şərtlə 1 ABŞ dollarına satır: Heyl çəkiliş meydançasında ona tam sərbəstlik verməli idi. Hörd razılaşır. Bu filmə qoyulan sərmayə özünü doğruldur və Kemerona, həmçinin Hördə şöhrət gətirir. Bu uğurlu layihədən sonra onlar Ceymsin digər əsəri – “Özgələr” üzərində birgə işləyirlər. Bu film əvvəlkindən də uğurlu olur və prokatdan 180 milyon dollar əldə edir, yeddi nominasiyada “Oskar”a namizəd göstərilib. Ər-arvad üçüncü filmdə “Sonsuzluq”da da bir yerdə işləyir, lakin filmin çəkilişi başa çatan kimi onların birgə həyatına da son qoyulur. 1989-cu ildə Kemeron rejissor Ketrin Bigelou ilə evlənir, amma 1991-ci ildə yeni sevgilisi – aktrisa Linda Hemiltonun yanına köçür. İki ildən sonra Bigelou və Kemeron rəsmi boşanır. 15 fevral 1993-cü ildə Linda və Ceymsin Jozefina Arçer Kemeron adlı qızı doğulur. Amma onlar yalnız 1997-ci ildə rəsmi nikaha girirlər. “Titanik” filminin çəkilişlərində Kemeron Rozanın epizodik rolda olan nəvəsi rolunda çəkilən Süzi Emislə tanış olur. 1999-cu ildə Ceyms və Hemilton boşanır və 4 iyun 2000-ci ildə Emislə evlənir. Bu nikahdan onun Kler Kemeron adlı qızı (4 aprel 2001-ci il) və əkizləri – Elizabet Rouz Kemeron və Kuinn Kemeron (29 dekabr 2006-cı il) dünyaya gəlir. Həmçinin Ceymsin Casper Robards adlı ögey oğlu da var – o Süzi Emisin aktyor Sem Robardsla ilk evliliyindən olan oğludur. Ceymc Kemeron və uşaqları veqandır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Ceyms_Kemeron

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç