10 il əvvəl Con Konnor süni intellektin başlatdığı “Qiyamət Günü”nün qarşısını alaraq, insanları kütləvi qırğından xilas edib. İndi onun 25 yaşı var. Nə evi, nə kredit kartı, nə də mobil telefonu var. Üstəlik heç yerdə işləmir və heç yerdə yaşayış qeydiyyatında deyil. Bir vaxtlar onu öldürməyə və bəşəriyyəti yer üzündən silməyə cəhd edən qabaqcıl süni intellekt şəbəkəsi olan “Skaynet”, hazırda onu heç cür təqib edə bilmir. Ancaq belə vəziyyət, “T-X- Terminatriks” modelindən olan yüksək texnologiyalı qatil kiborqun gələcəkdən keçmişə gəlişinə qədər davam edir. Onun əsas məqsədi sələfi olan “T-1000” robotunun başa çatdıra bilmədiyi missiyanı yerinə yetirmək, bəşəriyyətin son ümidi olan Con Konnoru məhv etməkdir. İndi Con Konnoru ölümdən yalnız “Terminator” - bir vaxtlar onu öldürməyə çalışan cüssəli kiborq qurtara bilər. Bərabər şəkildə onlar “T-X” texnologiyalarına qalib gəlib, “Qiyamət gününü” yenidən əngəlləməlidirlər.
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar