Kristianna Loken
Aktrisa, model
Kristianna Sommer Loken – amerikalı aktrisa və fotomodeldir. Loken 8 oktyabr 1979-cu ildə Nyu-York ştatının Gent şəhərində yazıçı və fermer Merlin Loken və keçmiş model Rendi Poratın ailəsində dünyaya gəlib. Hər iki nənə-babası Norveçdən Viskonsinə köçən mühacirlər olub. Kristianna valideynləri ilə meyvə fermasında böyüyüb. Aktrisa karyerasına 1994-cü ildə başlayıb. “Yer necə fırlanır” serialının 3-cü epizodunda Daniel Andropulos rolunu oynayıb. Müxtəlif televiziya şoularında qonaq aktrisa qismində dəvət olunub. Aktrisanın iştirak etdiyi növbəti iri layihə, məşhur döyüş video oyunu “Mortal Kombatın” motivləri əsasında çəkilmiş “Ölümcül döyüş: İstila” serialı olur və orada Taja adlı döyüşçü obrazını canlandırır. 2003-cü ildə isə karyerasının ən yaddaqalan roluna çəkilir. Conatan Mostounun “Terminator 3” fantastik trillerində əsas antaqonist – T-X (Terminatriks) adlı kiborq rolunu oynayır. 2004-cü ildə populyar alman serialı olan “Nibelunqların üzüyü” teleserialında Brünxilda roluna dəvətə alır. 2005-ci ildə isə “Bladreyn” adlı qorxu filmində Reyn adlı vampir qadın personajını canlandırır. Aktrisa biseksual olduğunu mətbuata etiraf edib və 2005-ci ildə “Forsaj” franşizasına görə şöhrət qazanan Mişel Rodriqeslə intim əlaqədar olduğunu bildirib ( sonuncu bu iddianı təsdiq etməyib). 2016-cı ildə vətəndaş nikahında olduğu Conatan Beytsdən Tor adlı oğlunu dünyaya gətirib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: