Kler Deyns

Kler Deyns

Aktrisa, prodüser

BİOQRAFİYA

Kler Ketrin Deyns 1979-cu ildə Nyu-Yorkda (ABŞ) doğulub. Aktrisa dörd dəfə “Qızıl Qlobus” və üç dəfə “Emmi" mükafatının sahibi olub. Manhetten şəhərində kompüter mütəxəssisi Kristofer Deyns və rəssam-dizayner Karl Deynsin ailəsində (anası sonradan menecer olub) boya-başa çatıb. 1998-ci ildə Yel Universitetinə daxil olub. Psixologiya bölməsində iki il oxuduqdan sonra təhsilini yarımçıq qoyub və əsas diqqəti aktyor karyerasına yönəldib. Karyerasında ilk addımı “Qanun və qayda” teleserialında atıb. Epizodik rol olsa da iki il sonra başqa bir serial “Həyat hekayələri: Ailə böhranı”nın bir seriyasına çəkilib. 1994-cü ildə Klerin çəkildiyi “Mənim sözügedən həyatım” adlı teleserial ona böyük populyarlıq qazandırıb. 15 yaşlı introspektiv, ağıllı yeniyetmə rolunu canlandıran Kler bu rola görə “Qızıl Qlobus” mükafatına layiq görülüb və “Emmi” mükafatının namizədlərindən olub. 1994-1995-ci illərdə bir neçə filmə çəkilib. Onların arasında “Kiçik qadınlar”, “Yumşaq ədyal” və “Ailəvi bayram” kimi filmlər yer alır. Xeyli fasilədən sonra 2002-ci ildə Deyns yenidən böyük kinoya qayıdır. “Oskar” mükafatına namizəd olan “Saatlar” filmində Meril Stripin qızı rolunu oynayıb. Növbəti ildə “Terminator 3: Maşınların qiyamı” və “İngilissayağı gözəllik” kimi filmlərə çəkilib. 2007-ci ildə Deyns Mişel Pfayfer və Robert De Niro ilə birgə “Ulduz tozu” adlı fentezidə rol alıb. Kler özü həmin filmi “romantik komediyanın klassik modeli” kimi qələmə verib. Elə həmin ildə o, Riçard Girlə “Sürü” trillerinin çəkilişlərində iştirak edib. 2010-cu ildə Kler Deyns “Vətən” adlı teleserialda mərkəzi kəşfiyyat idarəsinin agenti Kerri Metison obrazını canlandırıb. Baş rola görə Deyns “Emmi” və “Qızıl Qlobus” mükafatına layiq görülüb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D1%8D%D0%B9%D0%BD%D1%81,_%D0%9A%D0%BB%D1%8D%D1%80

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç