Qabriel Luna
Aktyor
Qabriel İsaak Luna - amerikalı-meksikalı aktyordur. Daha çox “SİPƏR” agentləri teleserialında Robbi Reyes, “Matador” serialında Toni Bravo, “Zalım şəhər” serialında xəfiyə Pako Kontreras rolu ilə tanınır. “Berni” (2011), “Əlimdə olan hər şey” (2015), “Sous” (2015), “Trans-Pekos” (2016), “Terminator: Qara Tale” (2019) kimi filmlərdə rol alıb. 1982-ci ildə ABŞ-ın Texas ştatının Ostin şəhərində anadan olub. Hər iki valideyni meksikalıdır. Atası 20 yaşında olanda ölüb və oğlunu heç görə bilməyib. Luna Müqəddəs Edvard universitetində oxuyub, tələbə olduğu vaxt teatr dərnəyinə gedib. Səhnədə peşəkar debütünü “Rome və Cülyetta” tamaşasında Romeo Montekki rolunda gerçəkləşdirib. Ekranlarda debütünü isə Kristofer Rostropoviçin “Fall to Grace” adlı dramında həyata keçirib. Filmin premyerası 2005-ci ildə baş tutub. 2008-ci ildə “Həbsxanadan qaçış” teleserialında kiçik rol alıb. Luna “Paper Chairs” teatr şirkətinin əsasını qoyanlardan biridir. “Qara qar” (2009), “Orest” (2009), “Endşpil” (2010) kimi tamaşalarda səhnəyə çıxıb. Həmin üç tamaşaya görə “ən yaxşı aparıcı aktyor” kateqoriyasında “Oustin tənqidçilərinin” mükafatına layiq görülüb. 20 fevral 2011-ci ildə rumın aktrisa Smarande Luna (əvvəlki soyadı Çiçeu) ilə ailə qurub. Cütlük ABŞ-ın Kaliforniya ştatında yaşayır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9B%D1%83%D0%BD%D0%B0,_%D0%93%D1%8D%D0%B1%D1%80%D0%B8%D0%B5%D0%BB