Devid S. Qoyer

Devid S. Qoyer

Ssenarist, rejissor

BİOQRAFİYA

Devid S. Qoyer 22 dekabr 1965-ci ildə Ann-Arbor şəhərində (Miçiqan ştatı, ABŞ) doğulub. Uşaqlığı doğma şəhərində keçib. Huron High School orta məktəbini bitirib. Daha sonra Cənubi Kaliforniya Universitetində təhsil alıb. 1988-ci ildə Kino və Televiziya Məktəbinin məzunu olub. Cənubi Kaliforniya Universitetində oxuduğu illərdə müəllimi tanınmış ssenarist Nelson Hiddinq olub. 1988-ci ildə “Ölüm əmri” filminə ilk ssenarisini yazıb. Ssenarini 1989-cu ildə kinostudiyaya satıb, bir il sonra onun əsasında çəkilmiş lent böyük ekranlara çıxıb. Qoyer komiks qəhrəmanları əsasında çəkilən bir sıra filmlərə o cümlədən “Kabus sürücü”, “Betmen: Başlanğıc”, “Qara sərkərdə”, “Fleş” və “Bleyd”ə ssenari yazıb. 1999-cu ildə Justice Society of America komikslər aləminin yenidən işə salınmasında iştirak edib. 2009-cu ildə onun yazdığı ssenari əsasında ABC telekanalında “Yada sal” adlı serial nümayiş olunub.

 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%93%D0%BE%D0%B9%D0%B5%D1%80,_%D0%94%D1%8D%D0%B2%D0%B8%D0%B4

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç