Linda Hemilton

Linda Hemilton

Aktrisa

BİOQRAFİYA

Linda Kerrol Hemilton 26 sentyabr 1956-cı ildə ABŞ-ın Merilend ştatında anadan olub. Ondan altı dəqiqə əvvəl əkiz bacısı Lesli doğulub. Əkiz bacısından başqa Lindanın özündən böyük Laura adlı bacısı və Con adlı kiçik qardaşı var. Peşəcə həkim olan atası 1961-ci ildə yol qəzasında həlak olur. Elə həmin il anası Solsberi şəhərinin polis şefinə ərə gedir. Məktəbi bitirdikdən sonra Linda Çestertaun şəhərində yerləşən Vaşinqton Kollecində aktyorluq peşəsi üzrə təhsil alır. Sonra o, Nyu-York şəhərinə köçür və burada məşhur Li Strasberq Teatr İnstitutunda aktyorluq üzrə biliklərə yiyələnir. Buranı bitirdikdən sonra isə Linda 1979-cu ildə Kaliforniyaya köçür. "Terminator" və "Terminator 2: Axirət günü" filmlərində Sara Konnor rolu ilə məşhurdir. Həmçinin "Kinq-Konq sağdır" filmində Emi Franklin rolunda çəkilib. 1991-97-ci illərdə Ceyms Kemeronla evli olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Linda_Hamilton

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç