Ekran əsəri doğma valideynlərini məhkəməyə verən Anna adlı onbir yaşlı qızdan bəhs edir. O valideynlərindən məhkəməyə şikayət edir. İşi aparan vəkil iddia ərizəsi ilə tanış olarkən dəhşətə gəlir. Qız xəstə bacısı Keyt üçün donor olmaq məqsədilə süni mayalanma yolu ilə dünyaya gəlib. Keyt leykimiyadan əziyyət çəkir. Onun sağ qalması üçün gündəlik qana, plazmaya, sümük iliyinə ehtiyacı var. Bu azmış kimi bacısının böyrəklərində problem yarandığından, tez bir zamanda ona böyrək köçürülməlidir. Valideynlərin bu cür davranışı ilə heç cürə barışa bilməyən Anna mübarizəyə qalxır...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar