Ötən əsrin əvvəllərində əsl kəşf kinonun yaranması oldu. Onda filmlərin bütün biletləri dərhal alınırdı, aktyorlar isə əsl məşhurlara çevrilirdilər. Lakin səssiz filmlər dövrü tezliklə səsli filmlərlə əvəz olundu. Bu zaman çəkiliş meydançasında çoxları yeni problemlərlə üzləşirdi, çünki çox vaxt aktyorların ekranlarda ifa etdiyi dialoqlar tamaşaçılara uydurulmuş və süni görünürdü. Bu, kino sənayesində yeni ulduzların meydana çıxmasına səbəb oldu ki, bu da baş qəhrəmanların timsalında göstərilir. Onlardan biri işində bütün tələləri çoxdan bilən təcrübəli Konraddır, Nelli karyerasında yalnız ilk addımlarını atır, Menni isə sadəlövh xəyalpərəst kimi görünür.
www.TVSEANS.com saytında HD keyfiyyətdə " Vavilon " filminə onlayn baxın.
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar
Təbrik edirəm, filmləri Azərbaycan dilinə tərcümə etdiyinizə görə . Son zamanlar kinoteatrlar yenə başlayıb Azərbaycan dilinə dublaj 1 dene film yoxdur.biz harda yaşayırıq bilmirəm. 10 manatdır biletlər amma zəhmət çəkib tərcümə etmirlər
@Hikmet qardaş bu Tvseans nə etsin - dediyin hər şeyi yazıb, Filmin səhifəsinə daxil olanda yaş kateqoriyasında burda yazılıb ki, film 18+ (yəni söyüş ola bilər) Aşağıda da filmin janrı göstərilib - drama.
Sadəcə oxumaq lazımdır məlumatları.
Film haqqında məlumat yazanda açıqlamasına hansı kateqoriyadakı filimdi onu da əlavə edin. ( Məs: Dram, fantastik, macara və s. ) Bir də filmlərdə zəhmət olmasa söyüşlü yerlərini düüt... ya səssiz etsəz yaxşı olar. Ailə içində baxmaq olmur!
32 yaşın olsada hələdə film barəsində təcrübən yoxdu. Məndə məsləhət görürəm ki Ailə ilə baxacaqsansa +18 yaş aşağı olan filmlərə bax. Ümumiyyətcə bütün filmlərə hansında ki +18 yazılıbsa orda açıq saçıq səhnələr, söyüş, şiddət və.s epezodlar var. Ona görədə sən film kataqoryasından əlavə neçə yaş üstü olmağına da diqqət elə.
Qaqaş yazdığımı yaxşı oxu sora fikir bildir. 32 yaşım var uşağ deyiləm. Fantastik döyüş kinosudu qəfildən dublajda biədəb söz işlətdilər. TV-yə qoşub ailəlikcə baxmağa yaramır. Kiməsə xoş ola bilər mənə xoş deyil! Bu filmə də heç baxmamışam sadəcə yeni yüklənib və rəylər var deyə bura yazdım ki görünsün rəyim.
Dublajlarda xeyli irəlləyiş var. Brad Pitt'i Vüsal Murtuzəliyev səsləndirsə idi çox əla olardı.Emin Nəsirli ilə Vüsal Murtuzəliyev çox əla tutur dublajda..İnşallahki növbəti filmlərdə Vüsalıda cəlb eliyərsiz dublajlara.İzləyici olarağ dəstəyə hazırığ.Lazımdırsa minimum aylığıda yüksəldin.Ancağ filmlər və yenidən məşhur serialları yayımlayın yüksək keyfiyyətdə
Sadəcə oxumaq lazımdır məlumatları.
Məsləhətlidir oturun baxın.
Möhtəşəm dublaj üçün təşəkkür edirəm