Spayk Cons

Spayk Cons

Rejissor, prodüser, aktyor, ssenarist, operator

BİOQRAFİYA

Spayk Cons 22 oktyabr 1969-cu ildə Rokvilldə (Merilend ştatı, ABŞ) anadan olub. Cons rejissorluq karyerasına, hər ikisi də Çarli Kaufman tərəfindən yazılmış “Con Malkoviç olmaq” (Being Con Malkovich, 1999) və “Adaptasiya” (Adaptation, 2002) filmləri ilə başlayıb. Daha sonra rejissoru və ssenari müəllifi özü olduğu “Bədheybətlər yaşayan yer” (Where the Wild Things Are, 2009) və “O” (Her, 2013) filmlərini çəkib. Spayk Cons dörd dəfə "Oskar" mükafatına namizəd olub. O, “Con Malkoviç olmaq” filminə görə "Ən yaxşı rejissor işi" kateqoriyasında, “O” filminə görə isə "Ən yaxşı film", "Ən yaxşı orijinal ssenari" və "Ən yaxşı musiqi" kateqoriyalarında mükafata namizəd göstərilib. “O” filminə yazdığı ssenariyə görə 71-ci "Qızıl Qlobus" mükafatında "Ən yaxşı ssenari", 86-cı "Oskar" mükafatında isə "Ən yaxşı orijinal ssenari" nominasiyalarının qalibi olub. Cons 1992-ci ildə tanış olduğu rejissor Sofiya Koppola ilə 26 iyun 1999-cu ildə evlənib. Cütlük 9 dekabr 2003-cü ildə ayrılıb. Koppolanın rejissoru olduğu "Tərcümənin çətinlikləri" filmindəki Con xarakterinin Consa əsaslanaraq yazıldığı deyilsə də Koppola bu iddiaları rədd edib. Spayk Cons, Hit Ledcerin ölümündən sonra, 2008-ci ilin iyulundan aktrisa Mişel Uilyams ilə görüşməyə başlayıb. Onlar Uilyamsın aktyor, Consun prodüseri olduğu "Nyu-york, Nyu-york" filminin çəkiliş meydançasında tanış olublar. Cütlük arasında olan münasibət 2009-cu ilin sentyabrında bitib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Spayk_Cons

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç