Demyen Şazell

Demyen Şazell

Rejissor, prodüser, ssenarist

BİOQRAFİYA

Demyen Şazell və ya Demien Şazel 19 yanvar 1985-ci ildə Providens şəhərində (Rod-Aylend ştatı, ABŞ) anadan olub. “Mübtəlalıq” və “La-La Lend” filmləri ilə tanınıb. Sonuncu film ən yaxşı rejissor nominasiyasında “Oskar” (mükafat tarixində bu nominasiyda ən gənc laureat) mükafatı qazandırıb. Şazellin rejissor və ssenarist kimi ilk debütü “Parkda skamyada Qay və Medlin” filmi olub. Şazell rejissor Eda Qas-Donellinin “İblisin sonuncu qovulması: İkinci zühur” filminin həmssenarist olub. Həmçinin ispaniyalı rejissor Euxenio Miranın “Təntənəli final” trillerinin ssenaristi olub. 2015-ci ildə “Mübtəlalıq” tammetrajlı filmi beş “Oskar” mükafatına namizəd olub. Nəticədə film üç mükafatı əldə edib. Şazellin ən yaxşı adaptasiya olunmuş ssenarisinə görə mükafat qazandırıb. Şazell 2016-cı ildə “Kloverfild 10” filminin həmssenaristi olub. Bu filmin rejissoru olmaq təklifini alsada, Şazell bu təklifdən imtina edib. 2016-cı ildə ekranlara Rayan Qoslinq və Emma Stounun baş rollarda iştirakı ilə  “La-La Lend” müziklı çıxır. Film tamaşaçı rəğbəti qazanaraq, altı  "Oskar” mükafatına layiq görülüb. Onlardan biri ən yaxşı rejissor nominasiyasında qalib gələn Şazellə təqdim olunub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A8%D0%B0%D0%B7%D0%B5%D0%BB%D0%BB,_%D0%94%D1%8D%D0%BC%D1%8C%D0%B5%D0%BD

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç