BİOQRAFİYA
Dieqo Kalva 16 mart 1992-ci ildə Mexikoda anadan olub. Doğulduğu şəhərdə o, kino məktəbində oxuyub, burada rejissorluq və ssenaristlik təhsili alıb. Təhsil aldığı müddətdə Dieqo iaşəçi, dekorator, bum mikrofon operatoru və istehsalat köməkçisi kimi çalışıb. O, özünü tamamilə aktyorluğa həsr etməmişdən əvvəl bir sıra qısametrajlı filmlərə rejissorluq edib.
Kalva ilk baş rolunu 2015-ci ildə 68-ci Lokarno Beynəlxalq Film Festivalında premyerası olan və daha sonra 2015-ci ildə Toronto Beynəlxalq Film Festivalında nümayiş etdirilən Xulio Hernandez Kordonun rejissoru olduğu "Sənə anarxiya vəd edirəm" adlı müstəqil filmdə oynadı. Elə həmin il bu filmdəki roluna görə aktyor Havana Film Festivalında ən yaxşı aktyor mükafatına da layiq görülüb. 2021-ci ildə Dieqo məşhur meksikalı cinayətkar və Beltran Leyva narkotik kartelinin rəhbəri Arturo Beltran Leyva rolunu oynadığı Narcos: Mexico televiziya serialının heyətinə qatıldı.
2022-ci ildə Kalva Bred Pitt və Marqo Robbinin partnyorları olduğu Damien Chazelle-in epik filmi Babylon-da rol aldı. Bu filmdəki roluna görə o, "Ən yaxşı aktyor - komediya və ya musiqili" kateqoriyasında Qızıl Qlobus Mükafatına namizəd olub.