Tobi Maquayr

Tobi Maquayr

Aktyor, prodüser

BİOQRAFİYA
Tobi Maquayr 27 iyun 1975-ci ildə Santa-Monikada (Kaliforniya, ABŞ) anadan olub. Kinoda debütünü "Bu oğlanın həyatı" dramatik filmi ilə edib. Bu filmdə onun tərəf-müqabilləri məşhur aktyorlar Robert de Niro və Ellen Barkin olub. Sonralar bir-birindən maraqlı rolları ilə kino aləmində tanınan Maquayr "Hörümçək adam" filmindəki ifasına görə dəfələrlə mükafatlara, nominasiyalara və qran-prilərə layiq görülüb. Tobi Maquayr "Universal Studio" kino şirkətinin prezidenti və prodüseri Ron Meyerin qızı Cennifer Meyerlə ailə həyatı qurub. Zərgər-dizayner Cennifer Meyerlə Tobi 2003-cü ildə tanış olub, 2006-cı ildə nişanlanıb. Meyer karyerasına "Armani" və "Ralf Lauren" moda evlərində mətbuat katibi vəzifəsi ilə başlayıb. Sonralar jurnal redaktoru işləyib, 2004-cü ildə isə Hollivudun ən məşhur aktrisaları - Cennifer Eniston, Lindsi Lohan, Kristen Danst və başqaları üçün bəzək əşyaları düzəldib. 2006-cı ilin noyabrında Maquayrın və Meyerin qızı dünyaya gəlib, valideynləri ona Rubi adını qoyub.

 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Tobi_Maquayr

FİLMOQRAFİYA
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç