Ebigeyl Breslin

Ebigeyl Breslin

Aktrisa

BİOQRAFİYA

Ebigeyl Keytlin Breslin 14 aprel 1996-cı ildə Nyu-Yorkda (ABŞ) yəhudi ailəsində anadan olub. Atası Maykl Breslin telekommunikasiya mütəxəssisi, proqramçı və texniki məsləhətçidir. Özündən böyük Rayan və Spenser adlı qardaşları da aktyorluq sənətini seçiblər. Ebigeyl ilk rolunu 2002-ci ildə “İşarələr” filmində alıb. Həmin filmdə Qrem Hessin (Mel Gibson) qızı rolunu oynayıb. Film müsbət tənqidçi rəyləri qazanıb və kassalarda 408 milyon dollara yaxın gəlir götürüb. Daha sonra “Şahzadənin gündəliyi 2: Necə kraliça olmalı” (2004) filminə və “Tanrının əlində” (2004) müstəqil bədii filmində rol alıb. Onun karyerasında yüksəliş dövrü “Balaca xanım Səadət” (2006) komediya dramında Oliv Huver roluna çəkildikdən sonra başlayıb. Film hər vəchlə gözəllik müsabiqəsinin qalibi olmağı arzulayan azyaşlı qızdan bəhs edir. Ekran əsəri fantastik uğura imza atıb. Həm kommersiya, həm də kinotənqid baxımından yüksək göstərici əldə edir (dünya kassalarından 100 milyon dollara yaxın gəlir götürüb). Həmin rolla balaca Ebigeyl “Oskar”, BAFTA və digər mötəbər kinomükafatlarına namizəd olur. Ardınca Ebigeyl “Həyatın dadı” (2007) adlı romantik komediyaya çəkilib. Film tənqidçilərin ürəyincə olmasa da, kommersiya uğuru qazanıb və 92 milyon dollar gəlir götürüb. 2008-ci ildə Breslin Cudi Fosterlə “çiyin-çiyinə” “Nim adası” filminə çəkilib. 2009-cu ildə “Mənim qoruyucu mələyim” filmində rol alıb. Film yenə də tənqidçilərin etimadını qazanmasa da, maddi baxımdan müvəffəqiyyətli olub. Həmin il 2015-2016-cı illərdə FOX telekanalında yayımlanan “Qışqırıq kraliçası” teleserialında aparıcı rollardan birini oynayıb. “Balaca xanım Səadət” (2006) filmində oynadığı rolla məşhurlaşıb. Həmin rola görə “Oskar” mükafatına namizəd olub. Beləcə kinoakademiyanın ən gənc nominantlarından biri kimi tarixə düşüb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Abigail_Breslin

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç