Nik Kassavetis
Rejissor, aktyor, ssenarist
Nik Kassavetis 21 may 1959-cu ildə Nyu-Yorkda (ABŞ) anadan olub. Aktrisa Gena Roland və yunan əsilli rejissor və aktyor Con Kassavetisin oğludur. Gəncliyində atasının filmlərinə çəkilib. Amma Nikin basketbola marağı daha böyük idi və o basketbolçu olmaq istəyirdi. Lakin aldığı zədə nəticəsində bu arzusunu reallaşdıra bilmir və valideynlərinin yolunu davam etdirmək qərarına gəlir. “Qara ayın yüksəlişi”, “Üzsüz”, “Həyat”, “Sinif-1999", "Astronavtın həyat yoldaşı” filmlərinə çəkilib və “Yaraşıqlılar” serialına ulduz qonaq kimi çağırılıb.
Boş vaxtlarında poker oynayır, evlidir. İlk evliliyindən iki uşağı var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Nick_Cassavetes