Coan Küsak

Coan Küsak

Aktrisa

BİOQRAFİYA

Coan Küsak 11 oktyabr 1962-ci ildə Nyu-Yorkda (ABŞ) anadan olub. Uşaqlığı Evanston şəhərində (İllinoys ştatı) keçib. Katolik irland ailəsində boya-başa çatıb. Beş övladlı ailənin ikinci uşağı olub. Atası aktyor Riçard Küsakdır. Qardaşları məşhur aktyorlar Con və Bill Küsak, bacılar aktrisalar Enn və Süzi Küsakdır. Anası Nensi Küsak məktəbdə riyaziyyat müəlliməsi olub, sonradan siyasi fəala çevrilib. Küsak Viskonsin Universitetinin məzunudur. 1985-ci ildə ingilis dili üzrə bakalavr dərəcəsi əldə edib. Eyni zamanda “The Story Theatre” studiyasında improvizasiya sənətini mənimsəyib. “Adamslar ailəsinin dəyərləri”, “Televiziya xəbərləri”, “Mafiya ilə evli”, “Arlinqtona aparan yol”, “Qaçmış gəlin”, “Rok məktəbi” kimi filmlərində oynadığı rollara görə tanınır. “Giriş və çıxış” filmində canlandırdığı obraza görə, bir neçə kinomükafatla təltif olunub (“Peyk”, “Kinotənqidçilərin seçimi”, Amerika Komediya mükafatı və s.). 2011-2015-ci illərdə “Arsızlar” serialında Şeyla Cekson rolunu ifa edib. Həmin rola görə dörd dəfə “Emmi” mükafatına namizəd olub. “Emmi” mükafatı laureatı, ikiqat “Oskar” mükafatı nominantıdır. Beşinci cəhddən 2015-ci ildə mükafatı qazanıb. 1993-cü ildə Küsak Riçard Börkə ərə gedib. Onların Dilan və Mayls adlı iki övladı var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Joan_Cusack

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç