Kemeron Diaz

Kemeron Diaz

Aktrisa, model

BİOQRAFİYA

Kemeron Mişel Diaz 30 avqust 1972-ci ildə San-Diyeqoda (Kaliforniya, ABŞ) anadan olub. Kinodakı rollarından başqa, Diaz "Şrek" animasiya filminin seriyalarında şahzadə Fiona rolunu səsləndirməklə tanınır. 1994-cü ildə çəkilmiş "Maska" filmində oynadığı rol onun ekranlarda ilk çıxışı idi. Kaliforniyada anadan olan Kemeronun anası Billi Diaz (1949-2008) idxal-ixrac agenti, atası Emilio Diaz isə "UNOCAL" neft şirkətində işləyirdi. Diazın atası Kuba-Amerika əsilli və əsli İspaniya kubalılarından gəlmədir (bəzi mənbələrdə isə atasının meksikalı olduğu qeyd olunur). Anası isə ingilis və alman əsillidir. Kemeron və böyük bacısı sakit qızlar olmayıblar. Onlar ağır rok musiqisinə qulaq asır, bütün vaxtlarını yerli oğlanlarla keçirir, cinsinə və yaş fərqinə baxmadan xətirlərinə dəyənin cavabını verməkdən çəkinmirdilər. Anaları qızlarının ağır roka olan həvəslərini sakit qarşılayır, hətta Ozzi Ozborn, "Metallica" və Van Halenin konsertlərinə Kemeronla gedirdi. Uşaqlıqda Kemeronun evdə siçan, pişik, quş, ilan və digər canlılardan ibarət kiçik bir "zooparkı" var idi. Zooloq olmağı arzulayan Kemeron aktrisa karyerası barədə heç düşünməyib də.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Kameron_Diaz

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç