Tomas Dekker

Tomas Dekker

Aktyor, rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Tomas Aleksanr Dekker 28 dekabr 1987–ci ildə Nevada ştatının Las-Veqas şəhərində hollandiyalı Devid Ellis Con Dekker və valliyalı Hilari Uillyamsın ailəsində dünyaya gəlib. Anası pianoçu, aktrisa və müğənni, atası isə rəssam və opera müğənnisi olub. Onun ana babası məşhur britaniyalı radio aparıcı Devid Alan Uilyamsdır. Uşaqlıqdan valideynləri ilə birlikdə bütün dünyanı gəzib. Almaniya, Kanada, Nyu-York, London, Parisdə yaşayıb. Müğənnidir, iki şəxsi albomuna prodserlik edib. “Terminator: Gələcək uğrunda savaş” teleserialında Con Konnor rolu ilə tanınıb. “Amerika nağılı 3”, “Amerika nağılı 4” cizgi filmində Fayvel Mışkeviç və “Zaman başlanğıcında Yer Kürəsi” Littlfut obrazını səsləndirib. “Fahişəcik” (2008) filminin rejissoru, prodüseri və həmssenaristi olub. “Həqiqi film” (2011), “Lənətlənmişlərin kəndi” (1995), “Ulduz yolu 7: Nəsil” (1994) və sair filmlərdə və "Seynfeld" (1990-1998), "Həkim Haus" (2004-2012), C.S.I. "Cinayət yeri" (2000-2014) və sair seriallardakı rolları ilə yadda qalıb. “Amerika nağılı 3: Manhetten adasının xəzinəsi” (1998), "Mumiya" (2001-2003), "Ceki Çanın sərgüzəştləri" (2000-2005) və sair multiplikasiya filmlərindəki personajları səsləndirib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B5%D0%BA%D0%BA%D0%B5%D1%80,_%D0%A2%D0%BE%D0%BC%D0%B0%D1%81_(%D0%B0%D0%BA%D1%82%D1%91%D1%80)

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç