2035-ci ildir. Elm və texnikada əldə olunan nailiyyətlər hesabına insanların həyatı əməlli-başlı dəyişib. Robotlar həyatın bütün aspektlərinə sirayət edib. Yaxşı mənada. Xadimədən tutmuş, xilasediciyə kimi müxtəlif vəzifələrdə insanları əvəz edib təmənnasız və qərəzsiz şəkildə sahiblərinə və ümumilikdə cəmiyyətə xidmət edirlər. Onların hər birinin proqramına 3 maddədən ibarət qanun yazılıb. 1. Robotlar insana zərər verməməli və hər vəchlə onlara zərər verilməsinin qarşısını almalıdırlar. 2. Birinci maddənin tələblərini pozmadığı təqdirdə, insanların verdiyi əmrlərə tabe olmalıdırlar. 3. Birinci və ikinci maddənin tələblərinə zidd olmadığı təqdirdə özlərini qorumalıdırlar. Ancaq məşhur professorun müəmmalı ölümündə qaçaq düşmüş bir robotu günahlandırırlar. Onlar süni intellektin necəsə bu üçmaddəli qanunu pozduğunu iddia edir. İnsidentin araşdırılması və cani “süni intellektin” dindirilərək, istismardan çıxarılması robotlara nifrət bəsləyən Çikaqo polisi Del Spunerə həvalə olunur...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar