Brüs Qrinvud

Brüs Qrinvud

Aktyor, prodüser

BİOQRAFİYA

Stüart Brüs Qrinvud 12 avqust 1956-cı ildə Kanadanın Kvebek bölgəsində anadan olub. Anası Mari Silviya intensiv terapiya mərkəzində tibb bacısı, atası Hyu Con Qrinvud - Prinston universitetinin müəllimi və geofizik olub. Ali təhsilini Britaniya Kolumbiya Universitetində alıb və fəlsələfə və iqtisadiyyat ixtisasları üzrə elmi dərəcə alıb. “On üç gün” (ABŞ prezidenti Con Kennedi rolunda), “Yerin nüvəsi”, “Mən, Robotam”, “Kapote”, “Ağ əsir”, “Yanğınsöndürən it”, “İkiqat təhlükə (Double Jeopardy)” filmlərində rolları ilə tanınır. 2009-cu ildə ekranlara çıxan “Ulduz yolu" (Star Trek) filmində kapitan Kristofer Pak rolunda çıxış edib. Qrinvud kanadalı rejissorun çəkdiyi “Ararat”, “Ekzotika” və “Şanlı gələcək” kimi məşhur kanada filmlərində uğurlu yolları ilə yadda qalıb. Daha çox “Millətin xəzinəsi: Sirrlər kitabı” və “On üç gün” filmlərində ABŞ prezidentini canlandıraraq məşhurluq qazanıb. Süzan Devlinlə ailəlidir. Hazırda Kanadanın Britaniya Kolumbiyası bölgəsində yaşayır.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%93%D1%80%D0%B8%D...

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç