Alan Tudik 16 mart 1971-ci ildə Texas ştatında (ABŞ) anadan olub. Alan Dallas şəhərinin yaxınlığında - Pleynoda böyüyüb. Atası əslən polşalı, anası amerikalıdır. 1990-1991-ci illərdə dramaturgiya üzrə təhsil alıb, eyni zamanda teatr tamaşalarında çıxış edib. 1993-cü ildə Culyard məktəbinə qəbul olunsa da, 1996-cı ildə təhsilini yarımçıq qoyaraq buranı tərk edib. 1997-ci ildə “Normaldan 35 mildə” filmi ilə aktyor kimi debüt edir. “Yas mərasimində ölüm” qara komediyasında Saymon, “Atəşböçəyi” serialı və bu serialın davamı kimi çəkilmiş “Səadət tapşırığı” filmində Hoban Uoşburn rolu ilə tanınır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Alan_Tudyk