Bricet Moynehen

Bricet Moynehen

Aktrisa

BİOQRAFİYA

Ketrin Bricit Moynehen 28 aprel 1971-ci ildə Nyu-York şəhərində (ABŞ) anadan olub. 1989-cu ildə Lonqmidou orta məktəbini bitirib. Çox keçmədən model biznesində karyerasına başlayıb. Amerikanın nüfuzlu model agentliyinin aparıcı simasına çevrilib və şəkilləri univermaq kataloqlardan tutmuş tanınmış jurnalların üzqabıqlarına kimi bir çox yerlərdə dərc olunub. Bir neçə reklam çarxına çəkildikdən sonra aktyorluq sənətinə marağı yaranıb. Peşəsini dəyişmək üçün aktyorluq kurslarına gedib. Kursu başa vurduqdan sonra peşəkar aktrisaya çevrilib. Onun televiziya debütü 1999-cu ildə “Böyük şəhərdə seks” komediya serialında qonaq aktrisa qismində baş tutub. Özünü yaxşı göstərərək daimi rol (Nataşa) qazanıb. Növbəti il “İyrənc Koyot barı” bədii filmində kinodebütünü gerçəkləşdirib. Daha sonra 2001-ci ildə “Tale” (Serpendity, 2001) filmin ikinci plan rola çəkilib. Daha sonra bir sıra reytinqli filmlərdə o cümlədən, “Qorxunun qiyməti” (2002) döyüş filmində, “Rekrut” (2003) casus trillerində, “Mən-Robotam” fantastik blokbasterində, “Silah baron” (2005) siyasi trillerində rol alıb. 2004-2006-cı illərdə futbolçu Tom Breydi ilə faktiki nikahda olub. Cütlüyün Con Edvard Tomas Moynahan (22 avqust 2007) adlı oğlu var. 17 oktyabr 2015-ci ildə biznesmen Endrü Frankelemlə evlidir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%BE%D0%B9%D0%BD%D0%B0%D1%85%D0%B0%D0%BD,_%D0%91%D1%80%D0%B8%D0%B4%D0%B6%D0%B8%D1%82

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç