Aleks Proyas

Aleks Proyas

Rejissor, ssenarist, prodüser, operator, aktyor, montajçı

BİOQRAFİYA

Aleksandr Proyas 23 sentyabr 1963-cü ildə yunan ailəsində anadan olub. 3 il Avstraliyanın Sidney şəhərində yaşayıb. 1982-ci ildə çəkdiyi qısametrajlı film Sidney və London festivallarında iştirak edib. 1984-cü ildə “Nike”, “Coca Cola” kimi şirkətlər üçün reklam çarxları, həmçinin INXS və Crowded House qrupları üçün videokliplər çəkmək məqsədilə kolleci tərk edir. 1989-cu ildə ekranlara Proyasın “Spirits of the Air, Gremlins of the Clouds” adlı ilk tammetrajlı filmi çıxır. Filmin büdcəsi həddindən artıq kiçik olur. 1993-cü ildə “Qarğa” komiksinin ekranizasiyası ona həvalə olunub. Filmin çəkilişləri zamanı Brüs Linin oğlu özünə yenicə uğurlu karyera qurmağa başlayan Brendon Li həlak olur. Paralel olaraq Proyas qısametrajlı filmlərin çəkilişini də davam etdirir. “Şəhər sirləri” adlı cizgi filmi 1994-cü ildə bir neçə mükafata layiq görülür. “Yuxu kitabı” filmi isə “Kann Festivalının” konkurs proqramında iştirak edir. 1998-ci ildə “Qara şəhər” metafizik blokbasterinin ekranlara çıxması ilə fantastika janrının istedadlı təmsilçisi kimi tanınır. Nüfuzlu amerika kinotənqidçisi Rocer Ebert “Qara şəhəri” ilin ən yaxşı filmi adlandırıb, "The New York Times" qəzeti isə Proyası “fantastika və horror janrının “gəzən ensiklopediyası” kimi qələmə verib. 2004-cü ildə məşhur fantast Ayzek Əzimovun “Mən, robotam” adlı əsərinin ekran adaptasiyasını lentə alıb. Baş rola Uill Smit çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Alex_Proyas

FİLMOQRAFİYA
Rejissor
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç