Şaya LaBaf

Şaya LaBaf

Aktyor, rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Şaya Səid Labaf 11 iyun 1986-cı ildə Los-Anceles şəhərində (Kaliforniya ştatı, ABŞ) anadan olub. Atası Ceffri Kreyq Labaf sirk klounu, anası Şeyna Labaf gecə klubunun rəqqasəsi olub. Atası möhkəm içki alüdəçisi olub. Şayanın 10 yaşı olanda o qədər içib ki, onu dispanserə yerləşdirməli olublar. Anası həmin hadisədən sonra boşanma üçün məhkəməyə müraciət edib və ailə dağılıb. Aktyor fransız-yəhudi əsillidir. 1999-cu ildə “Məxfi Materiallar” teleserialının 7-ci mövsümünün 6-cı epizodunda ilk rolunu oynayıb. Böyük kinoda debütü isə “Disney” studiyasının çəkdiyi “Xəzinə” filmi sayılır. Daha sonra 2004-cü ildə “Triumf” adlı bədii filmdə rol alır. Real hadisələrə əsaslanan film qolfçunun həyatından bəhs edir. 2007-ci ildə “Paranoya” trillerində baş rol ona nəsib olur. Oyunu ilə kinotənqidçilərin rəğbətini qazanıb. Film eyni zamanda kifayətə qədər kassa uğuru qazanıb. Həmin roldan sonra karyerasında sürətli yüksəlmə dövrü başlayıb. “Paranoya” (2007), “Qarmaqda” (2008) trillerlərində və “Transformerlər” franşizasından olan filmlərdə (2007,2009, 2011), həmçinin (İndiana Cons və Büllur kəllə krallığı” (2008) macəra filmində oynadığı rollarla məşhurlaşıb. “Yüksələn ulduz” nominasiyasında (2008) BAFTA mükafatına namizəd olub. Həmçinin aksionizm cərəyanının nümayəndəsi olan rəssamdır. Aktyorun sağ biləyində “1986-2004” yazılı döymə, sol çiynində ayaq izi, sol böyründə məktub yazan qandallanmış əl təsvir olunub. “Qəzəb” filminin çəkilişləri zamanı yəhudilikdən imtina edərək, xristianlığı qəbul edib. 10 oktyabr 2016-cı ildə Las-Veqasda ingilis aktrisası Mia Qotla ailə qurub. Onunla 2012-ci ildə “Nimfomanka” filminin çəkilişləri zamanı tanış olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9B%D0%B0%D0%B1%D...

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç