Uillard Kerroll Smit 25 sentyabr 1968-ci ildə Filadelfiyada (ABŞ) anadan olub. Anası Kerolayn məktəb müəlliməsi, atası Uillard Kerrol Smit (böyük) mühəndis olub (2016-cı ildə vəfat edib). Valideynləri Uillin 13 yaşı olanda ayrılsalar da, rəsmi olaraq 2000-ci ildə boşanıblar. Uillin özü üçillik ailə həyatından sonra birinci arvadı Şiri Zampino ilə 1995-ci ildə boşanır. Oğlu Uillard Kristofer Smit anası ilə qalır. İki il sonra Smit köhnə rəfiqəsi Cad Pinkettlə evlənir. Bu evlilikdən iki uşaq dünyaya gəlir - oğlu Ceyden Smit (1998) və qızı Uillou Smit (2000). "Forbes" jurnalının versiyasına görə, Hollivud ulduzları arasında ən çox qazanan aktyor Uill Smitdir. Onun illik qazancı 80 milyon ABŞ dolları təşkil edir. Smiti Hollivudun ən zəhmətkeş aktyoru adlandırırlar. Uill Smit səhnədən getməyə hazırlaşmasa da, artıq özünə varis hazırlayıb. Onun varisi - oğlu Ceydendir. "Xoşbəxtlik axtarışında" və "Bizim eradan sonra" filmlərində onunla tərəf-müqabilidir. Qızı da atası ilə birgə "Mən əfsanəyəm" filmində çəkilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Uill_Smit