Ayzek Azimov

Ayzek Azimov

Yazıçı, alim

BİOQRAFİYA

Ayzek Azimov 2 yanvar 1920-ci ildə Petroviçi, Klimoviç qəzası, Qomel quberniyası, RSFSR-də anadan olub. 500-ə yaxın bədii və elmi-populyar əsərin müəllifidir. Elmin kütləviləşməsi üçün çalışıb, ixtisasca biokimyaçı olub. Uzun müddət ABŞ-ın ən nüfuzlu universitetlərində dərs deyən Ayzek Azimov biokimya professoru olmaqla yanaşı, bütün ömrünü elmin kütləviləşməsinə sərf edib. Bu istiqamətdə “Elm və elmi ixtiralar tarixi”, “Kimyanın qısa tarixi”, “Robot”, “Sözlərin tarixi” kimi əsərlər yazırdı. Amma yazıçını dünyada elmi fantastika janrında yazdığı əsərlər tanıtdı. O, “Təməlçilər”, “Kosmik axınlar”, “Marslıların yolu”, “Ölü planet”, “Zamandan qaçış”, “Qızıl qalaktika” kimi elmi-fantastik romanlarında bəşəriyyətin gələcəyi ilə bağlı maraqlı elmi proqnozları insanlara təqdim etdi. Azimovun ilk dəfə əsərlərində istifadə etdiyi terminlər sonradan bütün dünya elmində işlək funksiya qazandı. Məsələn, “robotexnika”, “psixotarix”  və sair terminlər ilk dəfə onun əsərlərindən çıxaraq universitetlərə, elmi laboratoriyalara ayaq açdı. Sovet dövründə araşdırmaçılar onun yalnız elmi-kütləvi və elmi-fantastik əsərlərini geniş tədqiq edirdilər. Onun həyatına aid olan bəzi məsələlər dəqiqləşdirilmədir. Yazıçının elmə verdiyi töhfələrlə yanaşı, həmçinin onun həyatına aid olan maraqlı bir faktı da qeyd etməliyik. Bu, onun Azərbaycan əsilli yazıçı olma ehtimalıdır. XX əsrin əvvəllərində Bakıda və Azərbaycanın əksər yerlərində yaşayan yəhudi ailələrinin bəziləri ölkəni tərk edərək, Rusiya və  Avropa ölkələrinə üz tutdular. Ayzekşünasların ötən əsrin 1980-ci illərdəki bəzi yazılarında yazıçının ata-anasının Azərbaycandan olduğu göstərilirdi. O zaman araşdırmaçı qrupunun, demək olar ki, hamısı bu faktla razılaşırdı. Maraqlı bir faktı qeyd edək: Ayzek Azimovun oxucusu olan mərhum professor Zeydulla Ağayev ABŞ-da onunla görüşəndən sonra yazıçıya valideynlərinin Azərbaycandan olması ilə bağlı sual verir. Lakin o, bunu inkar edir. A.Azimov 1956-cı ildə yazdığı məqalədə 2014-cü ili proqnozlaşdırdı. Həmin proqnozlardan əksəriyyəti bu gün öz təsdiqini tapdı. Onlardan bir neçəsini təqdim edək: “Bəşəriyyət dəhşətli dərəcədə hərəkətsizlikdən, xəstəliklərdən əziyyət çəkəcək. Bu, ciddi əqli, emosional və sosial  fəsadlara səbəb olacaq. Psixiatriya 2014-cü ildə ən mühüm tibbi peşələrdən biri olacaq; Avtomatik olaraq qida hazırlayan, suyu qızdıran və onu qəhvəyə çevirən, çörəyi qızardan və sair bu kimi işləri həyata keçirən mətbəx avadanlıqları ixtira ediləcək; Kommunikasiya təsvir və səs ilə həyata keçiriləcək. Siz danışdığınız insanı nəinki eşidə, hətta görə biləcəksiniz. Ekrandan nəinki danışdığınız insanı görmək, həmçinin sənədlərin, şəkillərin öyrənilməsi və kitablardan hissələr oxumaq üçün istifadə etmək olacaq; Avadanlıqların elektrik telləri mövcud olmayacaq. Bunun əvəzində texnikalar uzun müddətli batareyalar ilə elektrik cərəyanı toplayacaq. Alimlər kosmosda nəhəng cihazlar vasitəsilə günəş enerjisi toplayan elektrostansiyalar yaradacaq; Ay ilə əlaqə bir qədər çətinləşəcək və  əldə edilən məlumat 2,5 saniyə gecikəcək. Marsla da oxşar danışıqlar 3,5 dəqiqə gecikmə ilə həyata keçiriləcək; 2014-cü ilin yarmarkasında təsvirləri təbii ölçüləri ilə əks etdirən 3D televizorlar nümayiş etdiriləcək”. Ayzek Azimovun ayrı-ayrı əsərlərində vurğulanan elmi proqnozların bugünədək yalnız 50 faizi reallaşıb. Alimlər yazıçının təxəyyülünün məhsulu olan ideyaların yaxın gələcəkdə mütləq öz təsdiqini tapacağına inanırlar. Məsələn, yazıçı bir romanında Marsa pilotsuz kosmik gəmilərin göndəriləcəyini, 2014-cü ildə ora astronavtlardan ibarət ekspedisiya hazırlanmasını yazıb. Doğrudan da NASA belə bir ekspedisiya göndərməyi planlaşdırır, amma bu, 2030-cu ildən tez olmayacaq. Azimovun süni qidanın meydana gələcəyi haqqındakı qeydi isə artıq reallaşıb - alimlər 2013-cü ildə süni ətdən ilk hamburger hazırlayıblar. 6 aprel 1992-ci ildə Nyu-Yorkda (ABŞ) anadan olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.aydinyol.az/newsview/457/Ayzek-Azimov-Aleksey-Tolstoy-ve-Aleksandr-Belyayevin-uzaqgorenliyi

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç