“Yad” - ideal qətl maşınıdır. Fiziki qüvvəsinə, dözümlülük səviyyəsinə görə ən güclü canlıları belə üstələyir. Onun əsas özəlliyi amansız olması, qarşısına keçən hər şeyi məhv etməsidir. Zabit Ellen Ripli və “Nostromo” kosmik gəmisinin ekipaj üzvləri artıq bir dəfə bu mənşəyi məlum olmayan məxluqla qarşılaşıb. Həmin qarşılaşmadan yalnız Ripli sağ çıxa bilib. Onu daşıyan kapsulanı yarım əsr sonra başqa bir kosmik gəminin heyət üzvləri aşkarlayır. Kapsulada bədəni krionizasiya olunduğundan Ellen faktiki olaraq olduğu kimi qalıb, qocalmayıb. Ekipaj üzvləri naməlum yumurtaların tapıldığı planetin kolonizasiya olunduğunu və hazırda ora yollandıqlarını bildirirlər. Ripli onları planetdə ölümün gözlədiyini and-aman etsə də, heç kim onu ciddiyə almır. Döyüşçülərdən ibarət ekipaj üzvləri planetə enən zaman müstəmləkədə həyatın məhv olduğunun şahidi olurlar. Tanınmaz hala düşən koloniyada yalnız bir azyaşlı qız sağ qalıb...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar