Bill Pekston

Bill Pekston

Aktyor, rejissor

BİOQRAFİYA
Bill Pekston 17 may 1955-ci ildə Fort-Uert (Texas ştatı, ABŞ) şəhərində doğulub. Onun atası biznesmen, inşaat malları alverçisi, muzey rəhbəri, aktyor kimi işləyib. Konfederasiya ordusunun generalı Elişa Pekston onun ana tərəfdən qohumudur. Pekstonun anası katolik idi və ailənin digər uşaqları kimi Bill Pekston da anasının inancı ilə tərbiyə almış və bu inancı qəbul etmişdi. Bill səkkiz yaşında ikən, 22 noyabr 1963-cü ildə Dili-Plaza rayonuna gedən və sui-qəsd nəticəsində öldürülən ABŞ prezidenti Con Kennedini salamlayan kütlənin içində olmuşdu. 2013-cü ildə Pekston bu qətl hadisəsinə həsr olunmuş “Parklend” filmini çəkib. “Terminator”, “Həqiqi yalanlar”, “Apollo 13”, “Titanik”, “Gecə leşyeyəni” və sair filmlərin çəkilişlərində iştirak edən aktyor 25 fevral 2017-ci ildə vəfat edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Bill_Paxton
FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç