Lens Henriksen

Lens Henriksen

Aktyor

BİOQRAFİYA

Lens Henriksen 5 may 1940-cı ildə Nyu-Yorkda (ABŞ) anadan olub. Atası ticarət gəmisində çalışan norveçli dənizçinin oğludur. Atası həmdə Buzlu Su ləqəbli kifayət qədər tanınan boksçu olub. Anası Marqarita Verner, alman mənşəlidir. Valideynləri onun iki yaşı olanda boşanıblar. Lens və qardaşını anaları böyüdüb. Henrikson yeniyetməliyində olduqca nadinc olub, bir neçə dəfə məktəbdən qovulub, hətta xüsusi internat məktəbinə belə yerləşdirilib. Gəncliyini Nyu-York küçələrində avaralanmaqla keçirib, yük qatarlarında ölkə boyunca səyahət edib. Xırda pozuntulara görə bir neçə dəfə dəmirbarmaqlıqlar arxasına düşüb. Nəhayət (indiyə kimi dost olduğu) Ceyms Kemeron və Brüs Kenslorla tanış olub. Bu tanışlıq onun kinoya gəlişində müstəsna rol oynayıb. Şəxsi həyatına gəlincə aktyor 3 dəfə evli olub. 1985-1989-cu illərdə Meri Ceyn Evansla nikahda olub. 1995-ci ildə Ceyn Pollakla izdivaca daxil olub, bu nikahın ömrü 2006-cı ilə kimi sürüb. Daha sonra Luiza Lunde ilə ailə qurub. Henriksonun 4 övladı var. Alkemi adlı qızı atasının yolunu davam etdirərək aktrisa olub. Adətən çəkildiyi filmlərdə, xüsusilə triller, qorxu filmi və döyüş filmlərində “mənfi obrazları” canlandırır. Eyni zamanda teleserial və televiziya filmlərindən gələn təklifləri də məmnuniyyətlə qəbul edir, cizgi filmlərinin və video oyunların səsləndirilməsi ilə məşğul olur. 2009-cu ildə karyerasındakı nailiyyətlərinə görə “Saturn” mükafatını alıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Lance_Henriksen

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç