Leytenant Riplinin ölümündən 200 il ötür. Buna baxmayaraq alimlər klonlaşdırma eksperimentinin köməkliyi ilə onu həyata qaytarmağa nail olur. “Auriqa” hərbi-tədqiqat gəmisinin göyərtəsində alimlər Riplinin klonundan Yadların kraliçasına aid embrionu hasil edə bilir. Tədqiqatçıların müşahidəsi altında “kraliça” sürətlə inkişaf edir və yumurta qoymağa başlayır. Bu arada gəmiyə Yadların embrionlarının daşıyıcıları qismində istifadə olunan “insan yüklərini” çatdıran muzdlular gəlir. Bəzi Yadlar qəfəsdən qaçaraq, azadlığa çıxır. İndi bu “iyrənc qatillərin” axırına yalnız Ripli çıxa bilər. Çünki o artıq bu yaratıqlarla ilk dəfə deyil ki rastlaşır. Ripli hərbçilərlə səylərini birləşdirib bütün Yadları və onların kraliçasını məhv etməyə çalışacaq. Onlar heç bir halda bu qorxulu məxluqlarla dolu "Auriqa" gəmisinin Yerə daxil olmasına imkan verməməlidirlər...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar