Vaynona Rayder
Aktrisa, ssenarist, prodüser
Vaynona Rayder 1971-ci ildə anadan olub. Vaynona vandalizm və oğurluqda təqsirli bilinib. Hələ balaca vaxtından bu qız kleptoman hoqqaları ilə tanınır. Lakın 2001-ci ilin dekabrında onun bu hoqqaları daha ifrat dərəcəsinə çatır. O, Beverli-Hills dükanlarının birindən 5500 dollar məbləğində libasları çıxartmağa nail olub. Bu hadisəni güdən kameralar göstərmişdi ki, hər filminə görə 5 mln. dollar alan Vaynona, libasların birkalarını nə cür kəsib. Aktrisa keşikçilər tərəfindən tutulduğu zaman repetisiya etdiyini bildirmişdi. 31-ci ad gününü Vaynona məhkəmədə qeyd edib. O, 3 ilə qədər azadlıqdan məhrum edilə bilərdi. Lakın məhkəmə Vaynonanın əvvəllər ləkəsizlik adını nəzərə alaraq şərti həbslə, ictimai işlərlə və dükana zərərin əvəzinin ödənilməsi ilə məhdudlaşdırır. Daha çox "Brem Stokerin Drakulası" (1992), "Ruhlar evi" (1993), "Yad: Dirçəliş" (1997), "Məhv Olmuş Həyat" (1999), "Nyu-Yorkda payız" (2000), "On" (2007), "Sonuncu söz" (2008) filmlərində oynadığı rollara görə tanınır. Karyerası ərzində 62 film və serialda rolu var. Son işi – “Çox Qəribə İşlər” serialında Coys Bayers roludur.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Vaynona_Rayder