Jan-Pyer Jöne
Rejissor
Jan-Pyer Jöne 3 sentyabr 1953-cü ildə Fransanın Roann şəhərində doğulub. 17 yaşında olanda adi poçt işçisi işləyib. 21 yaşında kiçik animasiya studiyasında işləməyə başlayıb. 70-ci illərin ortalarında komiks rəssamı Mark Karo ilə tanış olur, onunla marionetlər üçün kəllələr hazırlayıb. “Sonuncu Bunker” filmini elə onunla birlikdə lentə alıb. Qısametrajlı filmdə ssenarist, rejissor, aktyor, operator və prodüser qismində çıxış edib. Sözügedən film 1981-ci ildə çıxıb və bir neçə il ərzində Fransada Devid Linçin ilk filmi ilə birgə nümayiş olunub. Beləcə Karo-Jöne dueti tezliklə “kult” status qazanır. Onların ilk tammetrajlı “Delikateslər” adlı filmi böyük uğur qazanır və kinematoqrafiyadakı mövqelərini daha da möhkəmləndirmiş olur. Növbəti çəkdikləri “İtirilmiş uşaqların şəhəri” (1995) filmi daha iribüdcəli olub və nümayişi kassa uğursuzluğu ilə nəticələnib. 1995-ci ildə Venesiya kinofestivalında münsiflər heyətinin üzvü olub. Karyerasının zirvəsində 2001-ci ildə ekranlara çıxan “Ameli” adlı filmi durur. Filmdə süjetə fantastik atmosfer vermək üçün bol-bol rəng korreksiyasından istifadə edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%96%D1%91%D0%BD%D...